Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir
Yerevanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.
Müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan Ermənistanın baş prokuroluğunun binası önündə keçirlən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.
"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:
“Ermənistanda artıq hakimiyyət mövcud deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarına ümid etmir və siyasi rəqiblərini cilovlamağa çalışmaq üçün dəstələr yaradır. Polisi, MTX-ni və bütün hüquq-mühafizə sistemini bu cür proseslərin qarşısını almağa çağırıram. Paşinyana qarşı cinayət işi açmaq və onu məsuliyyətə cəlb etmək lazımdır”.
Oxşar xəbərlər
Etirazçılar Paşinyana cinayət işinin açılmasını tə...
Son Xeberler
Nikol Paşinyanın həbsi ilə bağlı
Son Xeberler
Paşinyana sui-qəsddə ittiham olunurdu, sərbəst bur...
Son Xeberler
Ermənistanda 10 müxalifət lideri saxlanılıb
Son Xeberler
Etirazçılar istefa ilə bağlı Paşinyana vaxt qoydu
Son Xeberler
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb...
Son Xeberler