🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - FOTO

21.08.2020 16:49 361 baxış sayı 4 dəq. oxuma
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı -

Sığınacağa səkkiz aylıq uşaq və anası gətirilib, ana narkotik aludəçisidir.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ana və uşaq Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə sığınacağa gətirilib:

“Rəsmi qaydada ana və uşaq sığınacağa qəbul olunub. Lakin ilkin baxışda ananın pis vərdişlərə malik olduğu (narkotik vasitə istifadəçisi) hiss edilib. Qəbul olunan zaman ana və uşaq karantin qaydaları çərçivəsində zəruri gigiyenik normalara uyğun olaraq dezinfeksiya tədbirlərinə cəlb olunublar. Daha sonra təmiz paltar və yeməklə təmin ediliblər”.

K.Ağazadə deyir ki, axşam saatlarına yaxın qadının hərəkətlərində qəribəliklər müşahidə edib:

“Qadın bir anda titrəməyə başladı, gərginlik keçirdi. Biz ondan bunun səbəbini soruşduqda özü etiraf etdi ki, narkotik vasitə istifadəçisidir. İllərdir biz müxtəlif cür insanlarla rastlaşmışıq deyə, artıq vəziyyətin hansı yerdə olduğunu başa düşdük. Ona ağrıkəsici dərman verdik, bundan sonra qadın bir qədər sakitləşdi. Lakin gecə saat 3-də sığınacaqdan çıxaraq binanın damı ilə çıxıb getdi. Getməzdən qabaq da uşağın yastığının altına məktub qoyub. 

Məktubda üzrxahlıq edib və uşağının arxasınca geri qayıdacağını yazıb. Bizə ad və soyadını tamamilə yanlış verib. Hazırda biz onun kimliyini tapmağa çalışırıq. Aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən də xanım axtarışa veriləcək”.

Onu da qeyd edək ki, qadının həyat yoldaşı da narkotik vasitə istifadəçisi olub və hazırda həbsxanadadır.

 

Etiketlər

Paylaş: