🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlər Kabinetindən icbari tibbi sığorta ilə bağlı QƏRAR

16.12.2020 13:09 379 baxış sayı 2 dəq. oxuma
Nazirlər Kabinetindən icbari tibbi sığorta ilə bağlı

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, tibbi sığorta haqları “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na daxil edilib. Belə ki, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatında “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib.

Müvafiq qərara əsasən, büdcə gəlirlərinin təsnifatına köməkçi bölmələr əlavə edilib.

Eləcə də, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünüb.

Qeyd edək ki, büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qruplaşmasıdır. Büdcə gəlirləri dörd kateqoriyadan - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarətdir.

Paylaş: