🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlər Kabinetinə yeni hüquq verildi - FƏRMAN

02.09.2020 13:17 382 baxış sayı 2 dəq. oxuma
Nazirlər Kabinetinə yeni hüquq verildi -

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”na edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin qeyri-kommersiya hüquqi şəxslərinə verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirəcək.

İcraya nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən təşkil və təmin olunacaq.

Etiketlər

Paylaş: