🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik rəsmisindən məyusedici PROQNOZ: “Gələcəkdə bu xəstəliklər artacaq”

25.09.2020 15:17 353 baxış sayı 6 dəq. oxuma
Nazirlik rəsmisindən məyusedici PROQNOZ:

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 senyabr Dünya Ağciyər Günündə mediaya müsahibə verib və ağciyər xəstəliklərindən danışıb.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri dünyada yaxın gələcəkdə insanların infarkt və ya insultdan deyil, xroniki ağciyər xəstəliklərindən daha çox hallarda əziyyət çəkəcəyini proqnozlaşdırıb:

“Bunun əsas səbəbləri - bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında ekoloji faktorları olan havanın çirklənməsi və insanların həddindən artıq çox tütün çəkməsinin rolu böyükdür.

Yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) səbəbindən ölüm göstəriciləri hazırda artmaqdadır: dünyada hər beş dəqiqədən bir bu xəstəlikdən 100 nəfər, il ərzində isə üç milyondan artıq insan ölür.

Hazırda yer kürəsində ən azı 70 milyon nəfər AXOX xəstəliyindən əziyyət çəkir. ÜST-ün proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX üçüncü yeri tutacaq”.

O qeyd edib ki, dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir:

“Son illər isə xüsusilə qadınlar arasında tütün çəkənlərin sayının artması məyusedici faktordur. Həmçinin, ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktualdır.

Doğrudur, son illər vərəmə yoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır”.

Kafedra müdiri Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması üçün yaradılan strategiya və tədbirləri barədə də məlumat verib.

“Ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması və bu xəstəliyə düçar olanların müalicəsi məqsədilə Azərbaycan hökuməti, o cümlədən, Səhiyyə Nazirliyi mütəmadi olaraq bütün lazımi tədbirləri görür.

Belə ki, geniş yayılmış ağciyər xəstəlikləri ilə mübarizəyə dair müvafiq strategiya hazırlanıb və tətbiq edilməkdədir. Ölkəmizdə bəzi xroniki ağciyər xəstəlikləri ilə mübarizə məqsədilə Dövlət proqramları (məsələn, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı) icra olunmaqdadır.

AXOX və bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında başlıca rolu olan tütünçəkmə ilə mübarizə məqsədilə ölkəmizdə yeni qanun layihələri təsdiq olunub və qapalı, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib”.

Rafiq Bayramov ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin də qənaətbəxş olduğunu bildirib. Belə ki, o, aşkarlanaraq qeydiyyata alınmış həm dərmanlara həssas, həm də rezistent vərəm xəstələrinin tam dövlət hesabına müalicə olunması barədə məlumat verib.

R.Bayramov deyib ki, hazırda ölkəmizdə müasir standartlara cavab verən, ən son tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri və yüksək ixtisaslı kadrlar mövcuddur.

O, ölkəmizdə ağciyər transplantasiyası əməliyyatlarının icra olunmamasına baxmayaraq, yaxın gələcəkdə bir çox orqanların transplantasiyası kimi, ağciyər transplantasiyasının da Azərbaycanda icra ediləcəyinə ümidvar olduğunu bildirib.

Paylaş: