🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik sakinlərin şikayətini həll etdi - FOTO

08.10.2020 06:48 341 baxış sayı 2 dəq. oxuma
Nazirlik sakinlərin şikayətini həll etdi -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Astara şəhərində mərkəzi bazarın girişində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib:

“Xidmətin əməkdaşlarının nəzarəti altında Astara Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və zibil konteynerləri yerləşdirilib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Astara rayon MKTTİB MMC-yə məcburi göstəriş verilib”.

 

 

Paylaş: