Nazirlikdən internet saytlarına XƏBƏRDARLIQ
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir.
Ermənistan Respublikası tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.
Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə məlumat versinlər.
Oxşar xəbərlər
23:55-də internet kəsiləcək - Bu rayonlarda
Bugun.az
Nazirlikdən 5G ilə bağlı
Son Xeberler
Əhali internetin keyfiyyətindən razıdırmı? -
Son Xeberler
Müdafiə Nazirliyi əsgər valideynlərinə
Son Xeberler
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün...
Son Xeberler
İnternetin Tarixini Göstərən Sayt Yenidən Fəaliyyə...
Texnologiya xəbərləri