🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlikdən minaya düşən şəxslə bağlı AÇIQLAMA

19.02.2021 09:01 319 baxış sayı 3 dəq. oxuma
Nazirlikdən minaya düşən şəxslə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda vətəndaşın minaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumatda deyilir:

"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb

Qeyd edək ki, cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib.

Odur ki vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq".

Paylaş: