Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün ev tikəcək.
Bu barədə nazirliyin əməkdaşı Fazil Talıblı məlumat verib. O, nazirliyin əməkdaşlarının ailə ilə görüşdüyünü, yaşayış vəziyyətləri ilə tanış olduqlarını bildirib:
"Şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.
Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb. Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.
Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək”.
Qeyd edək ki, Xudayar Müslüm oğlu Yusifzadə İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhid olub.
Oxşar xəbərlər
Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb -
Son Xeberler
Cavid Qurbanov Xudayar Yusifzadəyə şeir həsr etdi
Son Xeberler
Dastana dönən şəhid Xudayarın yeni görüntüləri - V...
Son Xeberler
"Xudayar təsnifi"ni oxuyub ağladı -
Şou Xəbər
Bu da Məleykə Əsədovanın Xudayarla illər əvvəl çək...
Son Xeberler
“Ramili barmaqlarından tanıdım” -
Son Xeberler