
“Neftçi” “Qalatasaray”a qarşı - YENİLƏNİR

“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb.
Görüş Bakı Olimpiya Stadionunda keçirilib.
Oyununda hesab 19-cu dəqiqədə açılıb. M.Dian başla dəqiq oynayaraq komandasını hesabda önə keçirib.
İlk hissədə əlavə qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar.
Matçın 46-cı dəqiqədə Mamadu Mboc fərqlənib və "Neftçi" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Türkiyə təmsilçisi Kristian Lyundamanın vurduğu qolla yenidən üstünlüyü ələ alıb. Matçın 63-ci dəqiqəsində "cim-bom" M.Dianın vurduğu qolla üstünlüyünü möhkəmləndirib. Qalan dəqiqələrdə əlavə qol olmayıb və oyun "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu məğlubiyyətlə "Neftçi" Avropa Liqasındakı çıxışını dayandırıb.
Qeyd edək ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edib.
Etiketlər
Oxşar xəbərlər

“Neftçi” – “Qalatasaray” oyununun başlama saatı
İdman Xəbər

“Qalatasaray” “Fənərbağça”nı səfərdə məğlub etdi
Son Xeberler

“Neftçi”yə iki qol vurub, Allaha təşəkkür etdi -
İdman Xəbər

“Neftçi” “Qəbələ”ni məğlub etdi
İdman Xəbər

“Qalatasaray”da prezident seçkiləri
İdman Xəbər

“Qalatasaray” Bakıda -
İdman Xəbər