Oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi - FOTO

13.12.2020 06:11 821 baxış sayı 2 dəq. oxuma
Oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi -

1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.

F.Qasımzadənin həyat yoldaşının da vəziyyətinin kritik olduğu deyilir.

Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.(Report)

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: