🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ombudsman bu hallarda istefaya göndərilə bilər - SİYAHI

25.08.2020 08:31 400 baxış sayı 4 dəq. oxuma
Ombudsman bu hallarda istefaya göndərilə bilər -

Ötən gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib.

Ombudsman İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cəzalandırılıb.

Səbinə Əliyevanın cərimə olunması ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hətta ombudsmanın vəzifəsindən kənarlaşdırılması müzakirə obyektlərindən biridir.

Azərbaycan qanunvericiliyinə görə, ölkə ombudsmanının səlahiyyətlərinə vaxtından əvvəl bu hallarda xitam verilə bilər:

Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

  • Müvəkkilə aid tələblər pozulduqda;
  • Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;

Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

  • Müvəkkil vəfat etdikdə;
  • Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
  • Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

Qeyd edək ki, müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Etiketlər

Paylaş: