
Son Xeberler
9 abunə
Operativ Qərargahdan toyların bərpası ilə bağlı açıqlama: SON DƏQİQƏ
25.06.2020 14:12
797 baxış sayı
2 dəq. oxuma

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:
"Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.
Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".
Oxşar xəbərlər

Yas və toyların keçirilməsi bərpa olunur? -
Son Xeberler
400
26/02 13:34

Operativ Qərargahdan çörəklə bağlı açıqlama
Son Xeberler
729
09/06 16:02

Azərbaycanda toylar belə keçiriləcək -
Son Xeberler
574
09/09 09:35

Toyların keçirilməsinə icazə veriləcək -
Son Xeberler
1,054
08/09 15:18

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbər...
Son Xeberler
563
24/09 07:36

Operativ Qərargahdan 190 manatla bağlı AÇIQLAMA
Son Xeberler
3,011
18/06 17:18