Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ
Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.
Bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.
Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.
“10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, - Azərbaycan hərbçiləri ermənilərə belə deyib.
Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib.
Oxşar xəbərlər
Qətər Ermənistana Uçuşları Dayandırdı
Son Xeberler
Fransadan Ermənistana humanitar yardım göndərildi
Son Xeberler
Aznif Baqdasaryan Ermənistana təhvil verildi
Son Xeberler
"Qarabağ" mərhələ şansını itirdi
Son Xeberler
Əsgərlərimiz Laçında "toy" etdilər, xələt verdilər...
Son Xeberler
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endir...
Son Xeberler