
Ötən gün cinayət törədən 49 nəfər tutuldu - RƏSMİ

Daxili İşlər Nazirliyi yanvar ayının 28-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu
Son Xeberler

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlan...
Bugun.az

Ötən gün yol qəzalarında 4 nəfər öldü
Son Xeberler

Daha bir narkotacir tutuldu
Son Xeberler

30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Son Xeberler

Ötən gün axtarışda olan 46 nəfər saxlanılıb -
Son Xeberler


