
Özbəkistanda karantin uzadıldı

Özbəkistan hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan karantin məhdudiyyətlərini avqustun 15-dək uzadıb.
Bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı teleqram kanalında məlumat verib.
“Özbəkistanda avqustun 1-dək tətbiq olunan karantin məhdudiyyətləri avqustun 15-dək uzadılıb”, - məlumatda deyilir.
Operativ Qərargahın məlumatına görə, vətəndaşlar üçün toy və ailə məclislərinin keçirilməsi ilə bağlı qadağalar, ictimai yerlərdə maska taxmaq və sosial məsafə saxlamaq tələbləri qüvvədə qalır.
Qeyd edək ki, Özbəkistanda 20 226 yoluxma, 112 ölüm halı qeydə alınıb, 10 831 nəfər sağalıb. Ölkədə 9 283 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 138-nin vəziyyəti ağır qiymətləndirilir.
Etiketlər
Oxşar xəbərlər

Özbəkistanda bir gündə 578 nəfər koronavirusa yolu...
Son Xeberler

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Son Xeberler

Karantin rejimi daha 1 ay uzadıldı
Son Xeberler

Ölkədə karantin rejimi uzadıldı -
Son Xeberler

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uza...
Son Xeberler

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uza...
Son Xeberler