
Özünü 20-ci mərtəbədən atan Sevillə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.
"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər

Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
Son Xeberler

Özünü 20-ci mərtəbədən atan Sevilin
Son Xeberler

Bakıda gənc qadının intiharının TƏFƏRRÜATLARI məlu...
Son Xeberler

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUM...
Son Xeberler

BAKIDA DƏHŞƏT: Qadın özünü binadan atdı - ANBAAN V...
Son Xeberler

İntihar edən 27 yaşlı müəllimin
Son Xeberler