Pakistandan Azərbaycana DƏSTƏK - Son təxribat hərəkəti Ermənistanın...
“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.
“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir:
“Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.
Oxşar xəbərlər
Türkiyə klubundan Azərbaycana dəstək -
İdman Xəbər
Antalyada şagirdlərdən Azərbaycana dəstək -
Son Xeberler
Bu universitetdən Türkiyə və Pakistandan olan tələ...
Son Xeberler
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
Nebahat Çehredən Azərbaycana dəstək
Son Xeberler
“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler