“Paşinyan Soros rejiminin məhsuludur ” - AÇIQLAMA
“Araşdırmalar göstərir ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra xarici fondların muzdluları olmuş şəxsləri Ermənistan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının sədri kimi strateji qurumlarda vəzifələrə yerləşdirmişdir ”.
Bunu AMEA Qafqazşünaslıq İnstitutunun mütəxəssisi Badam Məmmədova deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Ermənistanın müstəqilliyinin formal olması ilə bağlı fikirləri konkret faktlara əsaslanır. Həmin çıxışda cənab İlham Əliyev demişdir:
“Prinsip etibarilə, onların siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Artıq bu, insanların psixologiyasına da müdaxilə edilib. Bu da onu göstərir ki, bu ölkə müstəqil deyil, ləyaqətli siyasət apara bilmir, asılı vəziyyətdədir. Ona-buna nökərlik etmək heç kimə, necə deyərlər, yaraşıq gətirmir. Müstəqillik Ermənistanda formal xarakter daşıyır.
Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur.
Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır”.
B.Məmmədovanın sözlərinə görə araşdırmalar nəticəsində bəlli olmuşdur ki, Paşinyan hakimiyyətə gəldikdən sonra xarici fondların muzdlularını Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının sədri kimi strateji qurumlarda vəzifələrə yerləşdirilmişdir. Paşinyan komandasında Soros Fondu ilə əlaqəli şəxslərin sayının çox olmasıda buna işarədir.
“ Məsələn Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan vaxtında Soros fondu tərəfindən maliyyələşdirilən Transparency International təşkilatının koordinatoru vəzifəsini icra edib. Yeni Təhsil və Elm naziri Araik Arutunyan əvvəllər Helsinki Vətəndaş Assambleyasında və Transparency International təşkilatlarında çalışmışdır.
Ermənistanın Dövlət Nəzarət Naziri təyin olunan David Sanasaryanın da Rusiya əleyhinə fəaliyyətlərə görə müxtəlif ölkə və fondlardan maliyyə dəstəyi almasına dair məlumatlar vardır. Diaspor nazirinin müavini təyin edilən Babken Ter-Qriqoryan Ermənistandakı Soros Fondunun proqram koordinatoru olmuşdur ”.
Oxşar xəbərlər
Paşinyana qarşı qiyam hazırlanır
Son Xeberler
Paşinyan cəbhədəki məğlubiyyətini etiraf etdi
Son Xeberler
Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı
Son Xeberler
Zohrabyandan şok sözlər - “
Son Xeberler
Paşinyan təlaş içində öz xalqına müraciət etdi
Son Xeberler
Paşinyan istefasının anonsunu verdi
Son Xeberler