🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paşinyandan döyüşləri dayandırmağı Arayik də xahiş edib

13.11.2020 08:19 423 baxış sayı 2 dəq. oxuma
Paşinyandan döyüşləri dayandırmağı Arayik də xahiş edib

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Arayik Arutyunyan hərbi əməliyyatları dayandırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etdiyini etiraf edib.

Separatçı rejimin “başçı”sı bu barədə öz feysbuk hesabında açıqlama verib.

“Döyüşlərə son qoymaq məqsədilə özüm də Ermənistanın Baş nazirinə müraciət etdiyimi bir daha təsdiqləyirəm. Bu qərar silahlı qüvvələrin komandanlığının belə bir ehtiyac üzərində israr etməsi və hərbi vəziyyətin nəzərə alınması yönündə qəbul edilib”,- deyə Arutyunyan qeyd edib.

Onun sözlərinə görə, erməni tərəfinin müəyyən ciddi problemləri var idi, bu şəraitdə müharibənin davam etməsi daha böyük insanın və hər şeyin itirilməsinə səbəb olacaqdı.

Xatırladaq ki, iki gün öncə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan açıqlama verərək bildirmişdi ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı qərar onun təklifi ilə verilib. 

O, Baş nazir Nikol Paşinyanın vəziyyətin çoxşaxəli və çoxtərəfli qiymətləndirilməsindən sonra sənədi imzalamağa qərar verdiyini qeyd etmişdi.

Paylaş: