🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı - Fransa portalı

15.11.2020 14:50 362 baxış sayı 3 dəq. oxuma
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı -

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir. Səbəb sadədir: Azərbaycan Ordusu döyüş meydanında qələbə qazandı. Qondarma “Dağlıq Qarabağ respublikası” süquta uğradı. Ermənistanın baş naziri Nikol Paşinyanın başqa seçimi qalmadı və buna görə də o, təslim oldu.

Bu fikirlər Fransanın “Causeur” portalında dərc olunmuş analitik məqalədə yer alıb.

Məqalədə bildirilir ki, bu bəyanatı imzalamaq Nikol Paşinyan üçün ağrılı olduğu qədər də qaçılmaz idi. Paşinyan üçün bu bəyanatı imzalamaq həm də düzgün qərar idi. Ancaq təəssüf ki, vəzifədə olduğu müddətdə o, belə düzgün addımlar atmadı. O, Azərbaycan Ordusunun gücünü, ölkənin siyasi elitasını düzgün qiymətləndirə bilmədi. O, 1990-cı illərin əvvəllərindəki erməni hərbi üstünlüyünün indi artıq olmadığını başa düşmədi. Paşinyan 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gündən sonra döyüşlərin dayandırılacağını düşünürdü. O, “Qarabağ Ermənistandır” deməklə vəziyyəti daha da qəlizləşdirdi və azərbaycanlıların səbir kasasını daşdırdı.

Məqalədə qeyd edilir ki, 90-cı illərin əvvəllərində torpaqlarının 20 faizinin işğalına, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev müdrik siyasət yürüdərək, ilk növbədə, ölkənin iqtisadi potensialını və insan kapitalını inkişaf etdirdi.

Müəllif vurğulayır ki, bu gün Ermənistanda təslimdən sonra yaranmış daxili qeyri-sabitlik daha qorxulu görünür.

Paylaş: