🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paytaxt küçələri yenidən dezinfeksiya edilir

24.10.2020 05:35 388 baxış sayı 3 dəq. oxuma
Paytaxt küçələri yenidən dezinfeksiya edilir

Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə  mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

BŞİH-dən bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə,  prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin  balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd edilib ki, qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

"Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndində aparaq", - BŞİH-dən bildiriblər. 

Paylaş: