
Pekində bütün mikrorayonlar hərbi vəziyyət rejiminə keçirilib

Pekin rəsmiləri bazar ertəsindən etibarən koronavirusun yayılması ilə əlaqədar şəhərin yaşayış olan bütün mikrorayonlarında hərbi vəziyyət rejimi tətbiq edib.
Bu barədə yerli səlahiyyətlilər məlumat yayıb.
Qeyd olunur ki, müvafiq rejim şəhərin 7 120 mikrorayonuna tətbiq edilib. Həmçinin koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərində 100 mindən çox insanın iştirak etdiyi də bildirilir.
Şəhər rəhbərliyi virusun yayılma riskinin olduqca yüksək olduğunu bildirib və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlayıb.
Son məlumatlara görə, Pekində tibb müəssisələrində 80-ə yaxın virusa yoluxmuş insan var. Pandemiya dövründə şəhərdə ümumilikdə 673 yoluxma halı qeydə alınıb, 584 nəfər sağalıb, 9 nəfər ölüb.
Oxşar xəbərlər

DİN daha bir müraciət yaydı
Son Xeberler

Azərbaycanda hərbi vəziyyət bu tarixdən ləğv edili...
Son Xeberler

Azərbaycanda hərbi vəziyyət ləğv olunur? -
Son Xeberler

Rusiyanın çağrısı: Suriyada vəziyyət kritikdir!
Son Xeberler

Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi
Bugun.az

Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evl...
Son Xeberler