Pentaqon rəhbəri ilk dəfə afroamerikalı ola bilər
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Müdafiə naziri vəzifəsinə general Lloyd Ostinin namizədliyini irəli sürüb.
Bu barədə Baydenin qərargahının yaydığı məlumatda bildirilib. Senat tərəfindən təsdiqlənərsə, Ostin Pentaqonun başçısı vəzifəsini icra edən ilk afro-amerikalı olacaq.
Xatırladaq ki, Ostin 1953-cü il təvəllüdlüdür, 1975-ci ildə Vest Pointdə ABŞ Hərbi Akademiyasını bitirib və qırx illik karyerası boyunca Şimali Karolina ştatının Fort Breq şəhərində yerləşən 82-ci hava-desant bölməsində döyüş dəstəyi alayının komandiri kimi başlayaraq yüksək rütbələrə qalxa bilib.
İstefada olan general-leytenant hərbi karyerasını 2016-cı ildə İraq, Əfqanıstan, Yaxın Şərq və Cənubi Asiyada əməliyyatları əhatə edən ABŞ-ın olduqca mühüm Mərkəzi Komandanlığının komandiri olaraq başa vurub.(Azvision)
Oxşar xəbərlər
Pentaqon Sovet silahlarının maketini alacaq
Son Xeberler
ABŞ-da daha bir afroamerikalı polis tərəfindən gül...
Son Xeberler
Tramp amerikalılara polisə müqavimət göstərməməyi...
Son Xeberler
Bu şəhərdə fövqəladə vəziyyət ləğv edildi
Son Xeberler
Bu 3 kənddə giriş-çıxış TAM BAĞLANA BİLƏR-
Son Xeberler
SON DƏQIQƏ! ABŞ gecə saatlarında Iranın hərbi obye...
Son Xeberler