Peskovdan Dağıstanda baş verən hadisəyə münasibət
Rusiya və Azərbaycan Dağıstanda Azərbaycan vətəndaşları ilə yaranmış vəziyyəti nizamlamaqdan ötrü əlaqələri davam etdirirlər. Kreml ümid edir ki, bu problem nizamlanacaq.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlaqələr qurulur, davam edir və biz ümid edirik ki, yekunda bu problemi çözməyə imkan verəcək həll yolu tapılacaq”, - deyə vurğulayan D.Peskov dəqiqləşdirib ki, Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev bu problem üzrə əlaqə saxlamayıblar.
Kremlin nümayəndəsi xatırladıb ki, Dağıstanın hakimiyyət orqanları o vaxt sərhədlərin bağlı olması səbəbindən Vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün çox operativ surətdə çadır düşərgəsi salıblar. Rusiya və Azərbaycan tərəfləri diplomatik kanallar, sərhədçilərin kanalları ilə əlaqədə olub, vəziyyəti uzlaşdırıblar. Dağıstanın rəhbəri Vladimir Vasilyev vəziyyət barədə Prezident Vladimir Putinə məruzə edib.
D.Peskov vurğulayıb ki, vəziyyət koronavirusla əlaqədar hər kəsin düşdüyü situasiya ilə bağlıdır. “Mən Azərbaycan tərəfinin hərəkətini şərh etmək istəmirəm. Biz hazırda oradakı çətinliklərə anlaşıqlı yanaşırıq. Orada daha sərt özünütəcrid rejimi davam edir”, - deyə D.Peskov əlavə edib.
Oxşar xəbərlər
XİN-dən Dağıstanda baş verən hadisəyə münasibət
Son Xeberler
“Qarabağ”ın sabiq legioneri erməni terrorunu pislə...
Son Xeberler
Peskovdan Putinin Qarabağla bağlı müraciətinə müna...
Son Xeberler
Bakıda qadın sığınacağına hücumla bağlı polis hərə...
Son Xeberler
Prezident Ermənistanda baş verənlərə münasibət bil...
Son Xeberler
20 yaşlı qız intim münasibət zamanı öldü -
Son Xeberler