🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Postpandemiya dövrü: İqtisadiyyatın “xilas'' yolu -

23.09.2020 08:10 496 baxış sayı 7 dəq. oxuma
Postpandemiya dövrü: İqtisadiyyatın “xilas'' yolu -

Pandemiya dünya iqtisadiyyatına da olduqca böyük ziyan vurub. Ölkələrin iqtisadiyyatı böyük tənəzzüllə üz-üzə qalıb.

Bir çox ölkənin iqtisadi inkişafı geriləyib, işsizliyin sayı artıb. Bu gün koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır.

Azərbaycanda qısa müddətdə pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarlar təsdiq edildi.

Bu barədə fikirlərini Metbuat.az-a danışan Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, bu istiqamətdə Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları xüsusilə diqqət çəkdi.

 

“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində müəyyən edildi. Son dəyişiklik iyun ayında həyata keçirilmişdir. Həmin zaman uçot dərəcələri 7.25%-dən 7%-ə endirildi.

Hansı ki, pandemiyanın vüsət aldığı ilk dövürlər, Mart ayında faiz dərəcəsi 7.25% idi. İnfilyasiya dərəcəsi isə özünü 2,9%-də saxlayır. Bu göstərici də, mart ayından bu yana 3%-2.9% arasında dalğalanır.

Elə faiz dərəcələrinin aşağı endirilməsi birbaşa infilyasiyanın sabitliyinin qorunmasına və monetar genişlənməni təmin etməklə iqtisadiyyatın bərpa prosesinə yönəldilir. Halhazırda infilyasiyanın ölkəmizdəki hədəf diapazonu 2%-4% çərçivəsindədir.”

Bu gün dünya ölkələri virus bəlasından qurtarmaqla yanaşı, iqtisadiyyatlarının dirçəlməsi, pandemiya dövründə iqtisadiyyatın inkişaf etdirilməsi üzərində ”baş sındırırlar” və bu bəladan qurtulmağın yollarını axtarırlar.

Murad Calalov bildirdi ki, Avropa Mərkəzi Bankının (ECB) pandemiya və post-pandemiya üçün qarşıya bir neçə məqsəd qoyub ki, bu da vəziyyətdən az zərərlə çıxmanı təmin edə bilər.

“Həmin atılan və atılmalı olan addımlar bunlardır:

1.Mövcud böhranın şokunu aradan qaldirmaq üçün iqtisadiyyata kömək etmək

2.Borc almanın əlverişli olmasını təmin etmək

3.Firmalar və ev təsərrüfatları üçün kreditə çıxışın dəstəklənməsi

ECB Avropa Banklari uchun bildirib ki, qısamüddətli kredit ehtiyaclarinin təmin edilməsi borc verməyə mane yaratmamalidir.

Bankların kredit qabiliyyətinin artırılması və Beynəlxalq əməkdaşlıq yolu ilə maliyyə sabitliyinin qorunmasıdır.

Ekspert bildirdi ki, bu atılan addımlardan əsas nəzər nöqtəsində biri, ECB, yəni Avropa Mərkəzi Bankı faiz dərəcələrini tarixən aşağı səviyyədə saxladı və bunu pandemiya dövründə də bacarmış oldu.

 

COVİD19 dünyada baş verən bütün böhranlardan daha çox iqtisadiyyatın sürətini zəiflətdi.

 

 

“Bu da borc alma xərclərini aşağı tuta bildi. Faiz dərəcələrinin belə aşağı olması, insanlar və şirkətlər üçün borc almağı asanlaşdırıb, xərcləri və investisiyaları dəstəkləməlidir.

Digər əsas məqsədlərdən biri də odur ki, ECB, Bankların onlardan borc ala biləcəkləri pul miqdarını artırdı və kiçik həmçinin orta firmalar da daxil olmaqla, pandemiyadan ən çox zərər çəkənlərə borc vermək üçün xüsusi borc almağı asanlaşdırır.

Bu yollardan biri də, banklara borc verərkən ECB-ə bir sığorta forması kimi verdikləri təminat üçün standartları azaltmaqdır. Qeyd edək ki, ECB bankların girov kimi istifadə edə biləcəyi aktivlərin siyahısını müvəqqəti olaraq genişləndirir.”

Paylaş: