🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

#PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb

12.10.2020 06:50 430 baxış sayı 2 dəq. oxuma
#PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb

#PrayForGanja həştəqi dünya trendinə düşüb.

Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.

Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Bu hadisədən sonra dünyanın bu hadisəyə lazımı reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəq kompaniya başladılıb.

“Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb.

Paylaş: