Prezident Cahangir Əsgərovla bağlı SƏRƏNCAM İMZALADI

11.07.2020 07:34 751 baxış sayı 2 dəq. oxuma
Prezident Cahangir Əsgərovla bağlı

Prezident İlham Əliyev Cahangir Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Bu gün C.Əsgərovun 70 yaşı tamam olur.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: