Prezident ələ keçirilən düşmən texnikasının siyahısını açıqladı
“Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir”.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
O bildirib ki, Azərbaycan işğal altında olan torpaqları azad edir: “Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək də əlverişli mövqelərə sahib olurlar. Əməliyyat planı tam icra edilir. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahibdir. Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilib, eyni zamanda hərbi qənimət götürülüb. Sentyabrın 27-dən bu günədək Ermənistan ordusuna çox böyük zərbə vuruldu. 16 komanda məntəqəsi, 196 tank, 38 MB -21, 1 Uraqan, 10 özüyeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 REM və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ASA zenit raket kompeksi, 2 KUB zenit raket kompeksi, 4 radio texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd TOS 1A odsaçan sursat, 2 əsəd radiolokasiya stansiyası məhv edilib.
18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minatan, 4 UAZ, 1 ekskovator, 27 İqla kompelski, 1 ZİL, 9 QAZ maşını.
Düşmənin əlində bir dənə olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnika yoxdur”.
Oxşar xəbərlər
Ermənilər növbəti itki siyahısını açıqladı
Son Xeberler
MN Ermənistan alaylarındakı vəziyyəti açıqladı
Son Xeberler
Ələ keçirilən düşmən qənimətləri -
Son Xeberler
Prezident Mincivanın işğaldan azad olunduğunu açıq...
Son Xeberler
Düşmən daha 11 nəfər itkisinin adını açıqladı -
Son Xeberler
Ələ keçirilən düşmən postu və qənimətlər -
Son Xeberler