Prezident mühüm qanunu TƏSDİQLƏDİ

10.07.2020 16:50 854 baxış sayı 2 dəq. oxuma
Prezident mühüm qanunu

Dövlət Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişafına, peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün tədbirlər görəcək.

Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Uşaq hüquqları haqqında” qanunda edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət bu uşaqların sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görürdü.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: