Prezidentdən AZAL və Bakı Metropoliteni barədə mühüm SƏRƏNCAM

12.02.2021 11:34 916 baxış sayı 2 dəq. oxuma
Prezidentdən AZAL və Bakı Metropoliteni barədə mühüm

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: