Prezidentdən FƏRMAN - Məbləğlər azaldıldı

04.09.2020 14:31 770 baxış sayı 2 dəq. oxuma
Prezidentdən FƏRMAN -

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği aşağı salınıb.

Bununla bağlı Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edib.

Fərmanla yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 10 manatdan 6 manata endirilib.

Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 6 manatdan 2 manata, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənən hesabatın verilməsi üçün məbləğ isə 6 manatdan bir manata endirilib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: