
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü

Satirik videoların müəllifi Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.
Bu barədə videobloger sosial media hesabında bildirib:
“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qürurverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları! Allah Sizi qorusun. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.
Qeyd edək ki, H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ərtoğrul Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət etmişdi.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ərtoğrul Kamalova yeni vəzifə verildi
Son Xeberler

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler

İran hərbi təlim keçirəcək
Son Xeberler

“Ermənistan enerji infrastrukturlarını da hədəfə a...
Son Xeberler

Tanınmış jurnalist koronavirusa yoluxub
Son Xeberler

Ermənilər qəsdən Şuşa meşələrini yandırır
Son Xeberler


