
Prezidentlə xanımından məsciddə nümunəvi addım - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Dövlət başçısı və xanımı səfər zamanı Ağdamın Cümə məscidini də ziyarət ediblər.
Ziyarət zamanı xüsusi bir məqam diqqətdən yayınmayıb. Belə ki, İlham Əliyevlə Mehriban Əliyeva məscidə daxil olarkən ayaqqabılarını çıxardıblar. Düzdü, bu, dini qaydalara görə, atılan doğru addımdır.
Ancaq məsələ burasındadır ki, 27 il işğal altında qalan şəhərin məscidi erməni barbarları tərəfindən dağıdılıb, içi sökülüb. Mənfur düşmənin bu addımı İslam dininə qarşı törədilmiş barbarlıqdan başqa bir şey deyil.
Budəfəki mənzərə isə tamam fərqlidir. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.
Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır. Elə bunun məntiqi nəticəsidir ki, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib.
Maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Bundan başqa, dövlət səviyyəsində bəyan edilib ki, işğaldan azad edilən ərazilərdə qalan Xristian dininə aid kilsələr, abidələr qorunub saxlanılacaq.
Oxşar xəbərlər

Tərtərdə məsciddə toplaşanlar cərimələnib
Son Xeberler

Türkiyədə məsciddə faciə -16 nəfər xəstəxanalıq ol...
Bugun.az

Azərbaycanda sakindən nümunəvi addım:
Son Xeberler

Cəbrayıla səfər edən Prezidentlə xanımının maraqlı...
Son Xeberler

Prezidentlə birinci xanım Füzuli, Zəngilan, Laçın...
Son Xeberler

Prezidentlə xanımının adından Ərdoğanın şərəfinə n...
Son Xeberler