Qapalı yerlərdə maska taxmayanlar cərimələnib
Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları profilaktik tədbirləri davam etdirir.
Paytaxtın bütün rayonlarını əhatə edən tədbirlərdə ictimai nəqliyyatda, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülür.
Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Balidə maska taxmayanlar belə cəzalandırılır -VİDE...
Son Xeberler
Açıq havada maska taxmayanlar 100 manat cərimələnə...
Son Xeberler
Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr t...
Son Xeberler
Bakıda maska taxmayanlar cərimələndi
Son Xeberler
Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir...
Son Xeberler
Açıq havada maska taxmaqla bağlı DİN-dən AÇIQLAMA
Son Xeberler