“Qarabağ” - “Sivasspor” matçının hakimləri açıqlandı

24.11.2020 11:41 533 baxış sayı 2 dəq. oxuma
“Qarabağ” - “Sivasspor” matçının hakimləri açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

UEFA bu qarşılaşmanı Danimarkadan olan hakimlər briqadasına həvalə edib.
 
Matçın baş hakimi Yakob Kehlet təyin olunub. Ona yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqaard kömək edəcək. Dördüncü hakim funksiyasını Yens Maa yerinə yetirəcək.
 
Qeyd edək ki, “Qarabağ” - “Sivasspor” matçı məlum səbəblərdən noyabrın 26-da İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.

T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: