Qarabağ Dirçəliş Fondunun ilk iclası keçirildi

05.01.2021 14:18 491 baxış sayı 2 dəq. oxuma
Qarabağ Dirçəliş Fondunun ilk iclası keçirildi

Bu gün "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə ediblər.

Iclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Fondun əhəmiyyəti barədə danışıb, bununla bağlı daxili və xarici təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Müşahidə Şurasının digər üzvləri də bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. İclas zamanı işğaldan azad edilmiş ərazilərə investisiyaların və özəl sektorun cəlb olunması, bərpa işlərinə maliyyə dəstəyinin göstərilməsi və digər məsələlər müzakirə edilib.

Şuranın növbəti iclasının yaxın zamanlarda keçiriləcəyi və Müşahidə Şurasının üzvlərinin Fondun fəaliyyəti istiqamətində vəfizələrinin müəyyənləşdiriləcəyi nəzərdə tutulub.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: