Qarabağ qazisi avtomobil qəzasında öldü

03.08.2020 05:21 798 baxış sayı 2 dəq. oxuma
Qarabağ qazisi avtomobil qəzasında öldü

Qarabağ müharibəsi döyüşçüsü Qədir Musayev dünən axşam saatlarında yol qəzasında vəfat edib.

Biləsuvar rayonunun Ağayrı kənd sakini, Qarabağ müharibəsi əlili Q.Musayev dövlət tərəfindən ona verilən “Naz Lifan” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb.

Qəza nəticəsində, dünyasını dəyişib.

Qədir Musayev Qarabağ döyüşləri zamanı Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.

2005-ci ildə ağır cinayətdə ittiham edilərək həbs edilib, 2006-cı ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azadlığa buraxılıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: