
Qarabağda ilk mobil rabitə!

Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır!
Azercell şirkəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də, operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.
Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!
Qarabağdan eşidilmək ümidilə #gəlirik!
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan və İran nümayəndələri mobil rabitə şəbə...
Azəri Xəbər

Rabitə Nazirliyindən mobil operatorlarına
Son Xeberler

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənz...
Azəri Xəbər

1200 tibb işçisinə 3 ay hədiyyə balans yüklənəcək...
Son Xeberler

Apple Mac-lərdə Mobil İnternet İmkanı Gətirə Bilər
Texnologiya xəbərləri

Rabitə İdarəsinə yeni təyinat oldu -FOTO
Bugun.az


