
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır” - Prezident

1994-cü ildə biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən baş vermişdi. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi.
Prezident İlham Əliyev bu barədə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib.
Budəfəki müharibəni Azərbaycanın başlatmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.
Oxşar xəbərlər

“Xocalı soyqırımını törədən cinayətkarlar məhv edi...
Son Xeberler

Azərbaycan Livana NOTA VERİB
Son Xeberler

Hərbçilərimiz Qarabağda Melkonyanın posterinə GÖRÜ...
Son Xeberler

“Dağlıq Qarabağda heç vaxt referendum olmayacaq”
Son Xeberler

“Azərbaycana dəstəyimiz mənəvi və siyasidir” -
Son Xeberler

Koreyalı professor erməni təxribatlarından yazdı
Son Xeberler