Son Xeberler
Son Xeberler

19.11.2020 12:38

6 abunə

308

Qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır

Qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır

Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində ziyan dəyən qaz təsərrüfatının bərpası işləri davam etdirilir. Noyabrın 19-na olan məlumata görə, Tərtər rayonu üzrə 48 yaşayış məntəqəsində qaz təchizatı tam, normal rejimlərdə təmin edilib.

Yalnız cəmi 1969 abonentin (4 yaşayış məntəqəsi üzrə) qaz təchizatı məhdud olaraq qalır ki, bunun da aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir. Bundan ötrü rayonda lazımi avadanlıqlar və işçi qüvvəsi səfərbər olunub. Qaz təchizatı müvəqqəti məhdudlaşdırılan ərazilər Tərtər şəhərinin bir hissəsi, Şıxarx qəsəbəsi, Əskipara, Səhlabad və Düyərli kəndləridir.

Döyüşlər zamanı qaz xətləri və avadanlıqlara ziyan dəymiş və təhlükəsizlik tədbiri olaraq məhdudiyyətlər tətbiq olunan digər ərazilər – Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Bərdə rayonlarında qaz təchizatı tam bərpa olunub. Ümumilikdə, qeyd edilən rayonlarda qaz alan yaşayış məntəqələrinin sayı 345, abonentlərin sayı isə 128 792 təşkil edir. Beləliklə, hazırda bu bölgədəki yaşayış məntəqələrinin 98 %-i qaz alır.