
Son Xeberler
9 abunə
Qələbə paradında bunları izləyəcəyik... - AÇIQLAMA
02.12.2020 12:34
475 baxış sayı
2 dəq. oxuma

"Bu, tariximizdə böyük hadisədir. Azərbaycan var olduqca, həmin hərbi parad yaddaşlardan silinməyəcək. Xalqımız öz ordusu ilə daim fəxr edəcək”.
Bu sözləri açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, qalib ordunun əsgəri olaraq bundan sonra xidmətə gedəcək əsgərlər böyük şərəf hissi keçirəcək:
"Bu paradda iştirak edən şəxslərin xələfləri də onlarla fəxr edəcək. Qələbə paradında Azərbaycan Ordusunun qənimət kimi əldə etdiyi hərbi avadanlıqlar nümayiş etdiriləcək. Bununla yanaşı, ordunun öz hərbi qüdrətini göstərmək üçün bu imkandan bir daha istifadə ediləcək.
Azərbaycan Ordusunun silah texnika parkında mövcud olan bütün avadanlıqlar da bu paradda olacaq. Bura zirehli texnikalar, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, raket sistemləri, reaktiv yaylım atəş sistemləri daxildir. Ən əsası da hərbi əməliyyatlarda fərqlənən hərbi qulluqçularımız, qalib Azərbaycan əsgərləri, düşmənin müdafiə xəttini yaran hərbçilərimiz şərəflə, qürurla bu meydandan keçəcəklər. Azərbaycan xalqının, ürəyi Azərbaycanla döyünən hər bir kəsin fəxarətlə izləyəcəyi bir hərbi parad olacaq”.
(redaktor.az)
Oxşar xəbərlər

Ərdoğan Qələbə paradında iştirak edəcək
Son Xeberler
392
03/12 06:23

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Son Xeberler
549
09/12 06:45

Ərdoğan sabah Bakıya gəlir
Son Xeberler
406
07/12 09:46

Ərdoğan Zəfər paradında Vahabzadənin şeirini dedi
Son Xeberler
398
10/12 13:34

Tramp Pensilvaniyada qələbə qazandığını açıqladı
Son Xeberler
426
05/11 18:07

“Beşiktaş” səfərdə qələbə qazandı - Türkiyə Superl...
Bugun.az
6
21/02 21:25