Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - VİDEO

10.01.2021 09:02 530 baxış sayı 2 dəq. oxuma
Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı -

Indoneziyalı xilasedicilər Yava dənizində qəzaya uğrayan "Sriwijaya Air" aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.

Bunu jurnalistlərə açıqlamasında İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Faxrul deyib.

Onun sözlərinə görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında tapılıb: "Yaxın zamanda bütün qalıqlar sahilə çatdırılacaq".

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: