
Qəzzada Qadınlar İki İllik Amansız Hücumlara Baxmayaraq Ümid və Həmrəylik Rəmzinə Çevrildi
Fələstin Milli Qadınlar Günü, İsrailin Qəzza zolağında iki il davam edən ağır blokadası və amansız hücumlarının kölgəsində qeyd olundu. Bu çətin şəraitdə fələstinli qadınlar öz ailələrini və cəmiyyəti ayaqda tutaraq ümüdün, qətiyyətin və həmrəyliyin sarsılmaz simvoluna çevriliblər. Hər il 26 Oktyabrda qeyd olunan bu əlamətdar gün, işğal altındakı Qərb Sahili və Qəzzada İsrailin davamlı təcavüzü fonunda qarşılandı. İsrailin 8 oktyabr 2023-cü ildə başladığı və iki il ərzində dayanmadan davam etdirdiyi dağıdıcı hücumlar nəticəsində Qəzza zolağında təxminən 11 min fələstinli qadın həyatını itirdi. Bundan əlavə, minlərlə insan yaralandı, yüz minlərlə ailə isə evlərindən didərgin düşdü. Bütün bu fəlakətlərə baxmayaraq, fələstinli qadınlar müharibənin acı nəticələrinə sinə gərir, həm ailələrini qoruyur, həm də cəmiyyətdə ümid və birlik ruhunun öncüsü olmağa çalışırlar.
İki il davam edən İsrail hücumları qadınların yaşayış təhlükəsizliyinə böyük ziyan vurdu. Təxminən 1,9 milyon insan, yarısı qadın və qız uşaqları olmaqla, məcburi köçkün vəziyyətinə düşdü. Bu müddət ərzində 25 mindən çox bina tamamilə dağıdıldı, 150 min yaşayış yeri tamamilə yararsız hala düşdü, 200 min mənzil qismən zədələndi və 80 min evdə yaşayış qeyri-mümkün oldu. Bu miqyaslı dağıntı qadınların təhlükəsiz sığınacaqlara çıxışını demək olar ki, sıfıra endirdi. Qadınlar daldalanmaq üçün məktəblərə, xəstəxanalara və müvəqqəti sığınacaqlara üz tutsalar da, resurs çatışmazlığı və hədsiz sıxlıq səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə üzləşdilər. Əsas qida, su və sağlamlıq xidmətlərinə çatmaqdakı problemlər qadınların həm fiziki, həm də mənəvi sağlamlığını təhdid etdi. Evlərini, sosial çevrələrini və təhlükəsiz sahələrini itirən köçkün qadınlar, eyni zamanda ailələrini və uşaqlarını qorumaq üçün böyük fədakarlıq göstərmək məcburiyyətində qaldılar.
Fələstin Qurtuluş Təşkilatının (FQT) və ona bağlı qeyri-hökumət təşkilatlarının (QHT) Milli Qadınlar Günü ilə əlaqədar verdikləri açıqlamalarda fələstinli qadınların tarixin bütün dövrlərində mərkəzi rol oynadığı, toplumsal həmrəyliyin və ümidin daşıyıcısı olduğu vurğulandı. Qəzzalı yazıçı Rifa əl-Həmlavi öz məqaləsində qeyd edib ki, müharibənin dağıdıcı şəraitində qadınlar sadəcə sağ qalmaqla kifayətlənməyib, həm də cəmiyyətə və ailələrinə yaşamaq ümidi gətiriblər. O bildirib ki, qadınlar uzun növbələrdə çörək və su gözləyir, uşaqlarına həyatın hələ də mümkün olduğunu göstərir, səbr və qətiyyətlə gündəlik çətinliklərin öhdəsindən gəlirlər. Bəzi qadınlar kiçik istehsal və xidmət layihələrinə başlayaraq həm ailələri üçün dolanışıq mənbəyi yaradır, həm də yaradıcılıqları ilə həyatı yenidən qururlar. Fələstin Xarici İşlər Nazirliyi isə qadınların göstərdiyi fədakarlığı yüksək qiymətləndirərək, işğalçı İsrailin sistematik pozuntularına qarşı beynəlxalq hüququn tətbiq olunmasını tələb etdi.
Nazirliyin açıqlamasında həmçinin vurğulanıb ki, fələstinli qadınlar, təhsildən səhiyyəyə, sığınacaqdan sosial xidmətlərə qədər yaşanan çatışmazlıqlara baxmayaraq, cəmiyyətin bərpasında və gələcək nəsillərin ümidlərinin qorunmasında həyati bir rol oynayırlar. Baş nazir Məhəmməd Mustafa da Milli Qadınlar Günü münasibətilə fələstinli qadınların tarix boyu nümayiş etdirdiyi "dözümlülüyü, iradəni və fədakarlığı" təqdir etdiyini bildirib. Baş nazir Qəzzadakı qadınların hücum və blokadaya qarşı səbrini, Qərb Sahilində işğalçılara qarşı müqavimətini və Qüdsdəki qadınların mədəni müqavimətini xüsusi qeyd edib. Mustafa qaçqın düşərgələrindəki fələstinli qadınların hələ də geri dönüş və ümid açarlarını daşıdığına diqqət çəkib. Hökumətin əsas prioriteti qadınların gücləndirilməsi və onların ictimai həyatda aktiv iştirakını təmin etməkdir. Baş nazir bildirib ki, hökumət Qəzza, Qərb Sahili və Qüdsdə qadınlara yönəlmiş humanitar yardımlar, sürətli bərpa və yenidənqurma proqramları həyata keçirir. O vurğulayıb ki, iqtisadi güclənmə qadınların əsl dözümlülüyünün və ictimai fəallığının əsas açarıdır; buna görə də peşə təlimi imkanları və proqramları davam etdirilir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Qəzzada atəşkəsdən sonra minlərlə Fələstinli ailə...
Son Xeberler

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bugun.az

Rəsmi Bakı Qəzzada atəşkəs razılaşmasını alqışladı
Bugun.az

İsrail İrandakı hərbi hədəfləri vurdu
Xəbər Anı

Dünyaya çağırış: Bizə kəfən göndərin!
Xəbər Anı

PKK-nın vəhşiliyinin dəhşətli sübutu: Körpənin fac...
Son Xeberler


