Qorbaçovdan ABŞ-a məsləhət: İğtişaşlardan nəticə çıxarın!
Rİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov hesab edir ki, Vaşinqtondakı iğtişaşlar ABŞ-da sabitliyə təhlükə yaradır, ölkə rəhbərliyi başqalarına dərs vermək yerinə, onların səbəb və nəticələrini aradan qaldırmalıdır.
Qorbaçov bu barədə TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".
Qorbaçov Amerika cəmiyyətində bu mövzunun ciddi müzakirə olunacağını inandığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin seçkidə qələbə qazanmasına etiraz olaraq Konqres binasına hücum ediblər. Qiyamlarda bir polis məmuru daxil olmaqla beş nəfər həlak olub.(Azvision.az)
Oxşar xəbərlər
Belarusda istefa verən tanınmış jurnalistlərin say...
Son Xeberler
İlham Əliyevdən MÜHÜM FƏRMAN -
Son Xeberler
TƏLİM TƏCRÜBƏ proqramı
Edumap.az Təhsil Portalı
Əfqanıstan prezidentinin məsləhətçisi öldürüldü
Son Xeberler
Trampın qızı iş axtarır
Son Xeberler
Ərdoğan canlı yayım qəzası keçirdi -
Son Xeberler