09.10.2020 18:46
6 abunə
366
Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycana dəstək oldular
Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər Səviyyəsində Görüşü Xüsusi Bəyanat yayıb.
Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər:
“Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiq edir.
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirlər.
Qoşulmama Hərəkatının üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 27 sentyabr 2020-ci il tarixli müvafiq çağırışını nəzərə aldılar”.