Qubaya gizli yolla gələn dindarlar saxlanıldı
Karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar.
Araşdırmalarla onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.
Qaydaları pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.
Etiketlər
Oxşar xəbərlər
Gizli toy edənlər saxlanıldı
Son Xeberler
Gənc Şagird Həmyaşıdı Tərəfindən Öldürüldü
Son Xeberler
Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib
Son Xeberler
Bu ərzaqlarda gizli şəkər var - Həkimdən xəbərdarl...
Bugun.az
"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar...
Şou Xəbər
“Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün...
Son Xeberler