Rayonlara giriş-çıxışa bu üç halda İcazə veriləcək
Avqustun 10-u saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.
Bu barədə Operativ Qərargah qərar qəbul edib:
- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.
Etiketlər
Oxşar xəbərlər
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icaz...
Son Xeberler
Rayonlara gediş-gəliş bərpa edilir
Son Xeberler
Rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ:
Son Xeberler
Sabahdan bu şəhər və rayonlara da giriş-çıxış daya...
Son Xeberler
Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR -...
Son Xeberler
Rayonlara gediş-gəliş açılırmı? -
Son Xeberler