🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rəsmi Bakı Serbiyadan cavab gözləyir

21.07.2020 08:35 509 baxış sayı 2 dəq. oxuma
Rəsmi Bakı Serbiyadan cavab gözləyir

Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında belə deyib.

L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib:

“O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib ki, bu hadisə Azərbaycanla Serbiya arasında əməkdaşlığa xələl gətirməyəcək”.

Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib.

H. Hacıyev deyib ki, Serbiya tərəfi Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır. Rəsmi Bakı Serbiyadan cavab gözləyir.

Paylaş: