🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Reza Deqati bu dəfə Kəlbəcəri çəkdi - FOTOLAR

05.12.2020 16:47 356 baxış sayı 4 dəq. oxuma
Reza Deqati bu dəfə Kəlbəcəri çəkdi -

​“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati noyabrın 25-də erməni işğalından azad edilmiş Kəbəcərə səfər edib.

Deqati sosial şəbəkədə Kəlbəcərin füsunkar gözəlliyini əks etdirən fotoları paylaşaraq yazıb:

“Kəlbəcərin əbədi gözəlliyi böyük sürpriz oldu. Biz Murov dağ aşırımına – 3840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım. 

Azərbaycan əsgərinin burada keşik çəkməsi mənə mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı. 

1993-cü ildə on minlərlə dinc sakin məcburi köçkün düşdü. Onlar soyuq qışda bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Köçkünlərin çoxu ayaqları donmuş vəziyyətdə gəldi.

Bölgə bu yaxınlarda azad edildi və ermənilər işğal etdikləri torpaqları binaları, təbiət landşaftları yandıraraq, məhv edərək, heyvanları öldürərək tərk etdilər.

Bu gün Murov dağında bütün bunları unutmaq və sadəcə ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”.








Paylaş: